Polis maşını qəzaya düşdü, yaralananlar var — ANBAAN VİDEO

DÜNYA 26 apr 2020, 11:44

Türkiyənin Qaziosmanpaşa rayonunda polis maşını qəzaya düşüb.


“Haber Global”ın məlumatına görə, qəza nəticəsində iki polis yaralanıb. Qəza anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.


Qəza dünən axşam saatlarında qeydə alınıb. Bir avtomobilin polis maşınına çarpılması nəticəsində iki polis məmuru yaralanıb. Yaxınlıqdakı vətəndaşların müraciəti ilə hadisə yerinə təcili tibbi yardım və polis maşınları gəlib.


Polislər hazırda xəstəxanada müalicə alırlar.


Hadisənin görüntülərini təqdim edirik:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top