Türkiyədə son gündə koronavirusdan 106 nəfər öldü

DÜNYA 25 apr 2020, 23:14

“Türkiyədə son 24 saat ərzində 2861 nəfər koronavirusa yoluxub”. 

 

APA Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

O qeyd edib ki, son sutka ərzində yoluxanlardan 106 nəfər ölüb: “Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top