Ailəsi ilə problem yaşayanlar, qorxanlar bu nömrəyə zəng vursunlar — VİDEO

SOSİAL 25 apr 2020, 21:10

Ölkəmizdə mövcud pandemiya və karantin səbəbindən insanların psixoloji durumlarını nəzərə alaraq, FHN-nin "112” və Təhsil Nazirliyinin "146” qaynar xətlərinin nəzdində psixoloji xidmət mərkəzi yaradılıb. FHN bu işə 12 psixoloq cəlb edib və onlar 24 saat ərzində vətəndaşlara pulsuz xidmət göstərirlər.


Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.


FHN-nin "112” qaynar xəttinə gələn bütün zənglər çeşidlənir, sırf psixoloji xidmətlə bağlı zənglər isə digər otaqdakı psixoloqlara ötürülür. Psixoloqlar isə gələn zəngləri daha sakit şəraitdə qəbul edirlər.


Daha ətraflı videosüjetdə:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top