"ASAN xidmət"dən yararlanmaq üçün bunu etməlisiniz — VİDEO

SOSİAL 25 apr 2020, 20:44

Aprelin 27-dən etibarən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin fəaliyyəti daha geniş şəkildə təmin ediləcək. "ASAN xidmət" mərkəzləri əvvəlki kimi 320-yə yaxın xidməti göstərməyə başlayacaq. Lakin vətəndaşların mərkəzlərdə toplaşmasının qarşısını almaq üçün qabaqcadan onlayn növbə götürərək xidmətlərdən istifadə edə bilərlər.

 

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev aprelin 25-də keçirilən brifinqdə deyib.

 

Ü.Mehdiyev bildirib ki, bunun üçün üç imkan yaradılıb. Vətəndaşlar "ASAN xidmət"in mobil tədbiqindən istifadə edərək, "ASAN xidmət"in saytına daxil olaraq və Çağrı Mərkəzləri vasitəsilə onlayn növbə götürə bilərlər. Qabaqcadan növbə götürməyənlər mərkəzlərə buraxılmayacaqlar: "Əvvəllər mərkəzlərdə 30 minə yaxın vətəndaşa xidmət göstərilirdi. Lakin pandemiya şəraitində vətəndaş sıxlığının qarşısını almaq üçün bir mərkəzdə yalnız minə yaxın vətəndaşa xidmət göstəriləcək. Vətəndaşlar əvvəlcə onlayn növbə götürməli, sonra isə 8103 nömrəsinə 2 yazıb göndərərək icazə alıb mərkəzlərə gəlməlidirlər".

 

Demokrat.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top