Sabah hava necə olacaq? — PROQNOZ

SOSİAL 25 apr 2020, 14:14

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a bildirilib ki, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.


Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top