Azərbaycanda son günlər koronavirus yalnız bu yolla yayılır

SOSİAL 23 apr 2020, 14:21

Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.


Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.


Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavirusa yoluxma halları azalır.


A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb:


"Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə etsinlər. İnsanlarla çox təmasda olmamağa çalışsınlar”.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top