Mesaj gəlsə də, 190 manatı ala bilmədi — VİDEO

SOSİAL 23 apr 2020, 08:56

Mingəçevir sakini dövlət tərəfindən ona təyin edilən 190 manat birdəfəlik ödəməni ala bilmir.

 
Demokrat.az-ın xəbərinə görə, Mahruq Cəfərova bir neçə gün əvvəl e-sosial.az portalı vasitəsilə birdəfəlik ödəmə üçün müraciət edib. Onun müraciətinə müsbət cavab verilib və telefonuna müvafiq təsdiq mesajı gəlib. Lakin Mahruq Cəfərova pulu almaq üçün banka üz tutduqda ona ödəməni ala bilməyəcəyi bildirilib.

 
Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi ki, səbəb həmin vətəndaşın həyat yoldaşına da ödəmənin təyin edilməsidir.

 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ailədə iki nəfər işsiz olduqda ödəmə onların yalnız birinə təyin edilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top