Vətəndaşlar icazələrinə xitam verilib-verilmədiyini necə öyrənə bilər? — VİDEO

SOSİAL 22 apr 2020, 23:33

"Xüsusi karantin rejmində icazələrinə xitam verilən vətəndaşların bu barədə məlumatlandırılmasına başlanıb. Artıq vətəndaşlar qurum va ya təşkilatlar tərəfindən əldə edilmiş icazələrinin statuslarına "myGov" portalı vasitəsilə baxa bilərlər"


Demokrat.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. O bildirib ki, bununla da vətəndaşın mövcud icazəsinin qüvvədə olub-olmamasını çalışdığı qurum və ya təşkilatdan dəqiqləşdirməsinə ehtiyac qalmayıb. Fariz Cəfərov deyib ki, belə bir addımın atılması zəruri idi. Çünkü əvvəlki günlərdə vətəndaş icazəsinin ləğv edildiyindən ya ümumiyyətlə xəbərsiz olurdu, ya da çalışdığı təşkilat tərəfindən bu barədə vaxtında məlumatlandırılmırdı. Bu isə əlavə problemlər yaradırdı. Artıq bu imkandan bir günə 20 000-ə yaxın vətəndaş yararlanıb.


Qeyd edək ki, icazənin statusu barədə məlumat almaq üçün "myGov" portalına daxil olaraq "Məlumatlarım" bölməsindən "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış" düyməsini sıxmaq kifayətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top