Murad Dadaşov məşhur aparıcıları “Xəzər”ə gətirdi

ŞOU-BİZNES 22 apr 2020, 19:14

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi “Xəzər” TV-də dəyişikliklərə davam edir.


Demokrat.az "Axşam.az" saytına istinadla xəbər verir ki, Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.


Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.


M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar. Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top