Sabah da yağış yağacaq — PROQNOZ

SOSİAL 22 apr 2020, 15:39

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.


Arabir güclənən şmal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq.


Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top