İsmayıllının icra başçısına karantini pozduğuna görə töhmət verildi — SƏRƏNCAM

SİYASƏT 21 apr 2020, 18:20

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan elan edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

 

Qeyd edək ki, N.Bağırov Prezident İlham Əliyevin bu il martın 5-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top