“Evli kişilər xanımına, ailəsinə hörmət qoysun”

ŞOU-BİZNES 21 apr 2020, 21:30

Prodüser Təranə Səmədova sosial şəbəkə hesabında bəzi kişiləri tənqid edib.


Demokrat.az xəbər verir ki, o, sosial şəbəkədə qadınlara yersiz şərhlər yazan, onlarla tanış olmaq istəyən şəxslər barədə bu fikirləri bildirib:


“Cəmiyyətimizdəki aclıqdan danışmaq istəyirəm. Camaat qarnını doydurmaq, ailəsini birtəhər təmin etmək hayında olduğu halda bir də bu “ac həriflər” var ha, “tutar qatıq, tutmaz ayran” prinsipi ilə yaşayanlar... Etiket qaydasını belə qorumağı bacarmadan müxtəlif sözlər yazırlar. Ay “yeməlisən”, yox bir “içməlisən”, “şirinsən”, “gözəlsən”, “ölürəm sənin üçün”, “ürəyim gedir səndən ötrü” və sairə. Bunlar hələ abırlılarıdır, Əslində, daha betərləri də olur. Ay qadan alım, siz nə yeyib, nə içirsiniz? Eyni havanı udmağımıza belə şübhə edirəm.


Kişi ilk növbədə kənardan özünə, sonra tamah saldığı qadına baxsın, əgər onu həqiqətən də təmin etməyə gücü yetəcəksə, yazsın. Əgər evlidirsə özünə, xanımına, ailəsinə hörmət qoysun.


Daha sonra qarşısındakı xanımın şəxsi həyatında kiminsə olub-olmadığıyla maraqlansın, əgər bir xanımın ailə həyatı, şəxsi həyatı baş tutmayıbsa, bu, o demək deyil ki, həmin qadın elə başını açıb oturub, yeməyib-içməyib mesaj yazanların yolunu gözləyir. Əgər xanım subaydırsa, onun sizə bu cür sözləri yazmağınız üçün yaradacağı şəraiti, verəcəyi o həddi gözləyin, hörmət görəndə həddinizi aşmayın. Mədəniyyət, öz şəxsiyyətinə hörmət qoymaq, şəxsi maraqlarını yüksək səviyyədə təqdim etmək ayrı bir bacarıq, qabiliyyət imiş...”.(open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top