Paşinyanı ələ salan İctimai Televiziyanın direktorunu işdən qovdular — VİDEO

DÜNYA 21 apr 2020, 19:07

Ermənistanın Birinci Kanalının (İctimai Televiziya) direktoru Marqarita Qriqoryan baş nazir Nikol Paşinyanla bağlı yayımladığı video görüntüyə görə istefaya göndərilib.


Demokrat.az xəbər verir ki, direktorun istefasından əvvəl efirə birbaşa cavabdeh olan rejissor Vardan Hakobyan da işdən qovulub.


Məlumat üçün bildirək ki, 2 gün əvvəl Nikol Paşinyanın Birinci Kanalın efirindən xalqa müraciəti zamanı canlı yayımdan əvvəl qeydə alınan görüntülər də yayımlanıb. 
Həmin video görüntüdə Nikol Paşinyanın qəribə hərəkətləri və davamlı olaraq öskürməsi yer alıb. Sosial şəbəkə istfadəçiləri isə Birinci Kanalda yayımlanan video görüntüləri montaj edərək Paşinyanı ələ salıblar. Nikol Paşinyan öskürdüyü zaman fona koronavirus fotoları yerləşdirərək baş nazirin virusa yoluxduğuna işarə ediblər.(yeniavaz.com)


Həmin video görüntünü təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top