KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır

DÜNYA 21 apr 2020, 13:03

“Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.


Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi iddia edib.


Həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.


Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.


Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top