Tramp: “Noyabrda sarsıdıcı qələbə qazanacağam”

DÜNYA 21 apr 2020, 12:37

ABŞ Prezidenti Donald Tramp ölkədə bu ilin noyabrında keçirilməli olan prezident seçkilərində asanlıqla qələbə qazanacağına əmin olduğunu qeyd edib.


Demokrat.az xəbər verir ki, bu barədə D.Tramp Ağ Evin “Twitter” hesabında yayımlanan mətbuat konfransında çıxışı zamanı bildirib.


ABŞ lideri ölkədə çoxları tərəfindən sevildiyini və sarsıdıcı qələbə qazanacağını vurğulayıb.


“Məhz buna görə də, mən burada (Ağ Evdə - red.) oturmuşam”, - deyə D.Tramp qeyd edib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top