Arvadına və qızına işgəncə verən şəxs ölü tapıldı

DÜNYA 20 apr 2020, 13:42

Türkiyənin Ağrı vilayətində qızına və arvadına işgəncə verən şəxs ölü tapılıb.


Demokrat.az xəbər verir ki, hadisə Doğubəyazit rayonunda baş verib.


Belə ki, spirtli içki və narkotik maddə istifadəçisi olduğu iddia edilən Ramazan İnanç arvadı Müjgan İnançı döydükdən sonra sellofan paketi əridərək, onun üzünə və ayağına töküb və ona işgəncə verib. Anasının səsinə gələn qızı N.İnançın da alnına sellofan paketi əridib tökən həmin şəxs beş ay müddətinəhəbs edilib.


10 gün əvvəl həbsdən buraxılan R.İnanç bu gün üç güllə ilə sinəsindən vurularaq öldürülüb.


Məlum olub ki, R.İnanç həbsdən çıxdıqdan sonra arvadının əmisi Mehmet Əli Akdağın evinə gedib. Onlar arasında yaranan mübahisə nəticəsində R.İnanç arvadının əmisini bıçaqlayaraq, qaçıb.


Şahidlərin dediyinə görə, bundan sonra onunla birgə üç avtomobildə hadisə yerinə gələn 13 nəfər döydükdən sonra R.İnançı öldürüblər. Onların Əli Akdağın qohumları olduğu bildirilir. Hazırda həm şəxslərin ifadələri alınır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top