Türkiyə XİN məşhur aparıcıdan yardım istədi

DÜNYA 20 apr 2020, 11:32

Türkiyə XİN Karib hövzəsindəki vətəndaşların vətənə qaytarılması üçün “TV8”in sahibi, prodüser və aparıcı Acun Ilıcalıdan yardım istəyib.


Demokrat.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.


“Karib hövzəsində qalan vətəndaşlarımız var. Onlara təyyarə göndərməyə çalışacam. Texniki problem olmasa, təyyarə göndərib, onları Türkiyəyə gətirmək istəyirəm. Çətin vəziyyətdə olduqlarını da öyrənmişəm.


XİN-dən mənə zəng etdilər, bu yolla xəbərim oldu. Problemin həlli üçün mənim vasitəçi olmağımı istəyirlər. Burada mənə görə Acundan istifadə eləmək belə ağıl nümayiş etdirməkdir. Onları necə qaytaracağımızın dərdindəyik.


“Türk Hava Yolları” şirkəti oraya uçuşlar həyata keçirmir. Uşaqlar da orada qalıblar. XİN-dən mənimlə əlaqə saxladılar. Məsələyə baxdım. Onları xilas etməyə çalışacağıq. İnşallah, bayrama evlərində olarlar”, - deyə A.Ilıcalı bildirib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top