Elman Nəsirov: "Pulu verən mahnını sifariş edir"

SİYASƏT 19 apr 2020, 15:28

“Həqiqət naminə etiraf etməliyik ki, xalq-prezident birliyi və həmrəyliyi bu çətin və qlobal şəraitdə möhkəmlilik, vəhdət testindən şərəflə çıxdı. Bu, bir daha sübut etdi ki, heç bir daxili və xarici qüvvə bu vəhdəti poza bilməz. Arxasında qalqı dayanan Prezident yenilməzdir. Bu həqiqət Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalan toxumu səpən istənilən siyasi dairə və onun əlaltıları üçün ibrət dərsi olmalıdır”.

 
Demokrat.az
-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 

E.Nəsirov qeyd edib ki, radikal müxalif qruplaşma xalqın sağlamlığı və həyatı, dövlətin təhlükəsizliyi böyük sınaq qarşısında olduğu bir reallıqda yenə də xalqa, dövlətçiliyə dönük çıxdılar və növbəti dəfə özlərini ifşa etdilər: “Başqa cür ola da bilməzdi. “Pulu verən mahnını sifariş edir” məntiqi ilə hərəkətə gələn, atdıqları hər bir xəyanətkar addımları ilə xalqdan daha da uzaqlaşan və yalquzaq həyatı yaşamağa məhkum olan bu siyasiləşmiş “məxluq”lar əslində tarixin “anti-qəhrəman”ları olaraq özlərinin qəbirqazanına çevrilirlər. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan xalq-iqtidar birliyi sayəsində öz layiqli liderinin- Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daim zirvələrə doğru irəliləyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top