İlqar Məmmədov koronavirusdan danışdı: "Azərbaycan birinci yerdədir" — FOTO

SİYASƏT 19 apr 2020, 10:23

Qəribə bir cədvəl alındı. Avropa ölkələrini və İranı bir yerə toplayıb baxdım ki, görən koronavirus testləri harada daha çox yoluxmuş şəxs üzə çıxarır.

 

Məlum oldu ki, Azərbaycan birinci yerdə gedir. Bu yaxşıdır yoxsa pis?

 

Necə baxmaqdan asılıdır. Bir tərəfdən yaxşıdır, çünki Azərbaycanda kütləvi testlər aparılır və beləliklə yoluxmanın qarşısı alına bilər.

 

Digər tərəfdən, karantinin məqsədi yoluxmanın qarşısını almaq deyil, onun sürətini azaltmaqdır. Yəni virus yetərincə yayılmadan biz onun qarşısını tamamilə almışıq. Virusun çarəsi tez tapılsa, bu yaxşıdır. Bəs gec tapılsa? Onda başqa ölkələr bu xəstəlikdən qurtulanda, bizdə çox güclü ikinci dalğa başlaya bilər.

 

Başqa amillər də var. Cədvəlin yuxarı hissəsində BCG vaksini ilə uzun onilliklər yaşamış ölkələrdir. Aşağı hissəsində isə, bu vaksini çox da tətbiq etməyənlərdir. Elə isə, çox yaxşı, deməli bəzi alimlər artıq fərz etdiyi kimi, keçmiş sosialist ölkələrinin xalqlarında bu virusa qarşı immunitet daha güclüdür.

 

Hər halda, dediyim kimi, Azərbaycan hakimiyyətinin koronavirusla mübarizədə yeritdiyi siyasəti hələ çox da sorğulamaq düzgün olmazdı, çünki bu yolu heç kim əvvəl getməyib və hərə bir yol sınayır. Amma bir çox amillər ondan xəbər verir ki, Azərbaycan karantin tədbirlərinə sonuncular sırasında qoşulub ondan çıxan birincilər sırasında ola bilərdi.

 

İlqar Məmmədov
 

ReAl Partiyanın sədri

 

undefined

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top