Dağlıq Qarabağdakı qanunsuz "seçkilər"i Moldova da tanımadı

SİYASƏT 18 apr 2020, 22:06
Moldova Dağlıq Qarabağ regionunda keçirilən qeyri-qanuni "seçkilər"i tanımır.
 
 
Demokrat.az APA-ya istinadla xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
 
 
"Moldova Respublikası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri" nin, o cümlədən bu yaxınlarda qeyri-qanuni keçirilmiş ikinci turun tanınmaması ilə bağlı mövqeyini bir daha təkrarlayır.
 
 
Moldova Respublikası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn qayda və prinsiplərinə əsasən sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam etməyə hazır olduğunu bir daha təsdiq edir", - deyə bəyanatda qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top