ABŞ koronavirusun mənşəyini araşdırır

DÜNYA 18 apr 2020, 16:31

ABŞ Prezidenti Donald Tramp koronavirusun laboratoriyada ortaya çıxması versiyasını da araşdırıldığını açıqlayıb.


Demokrat.az xəbər verir ki, o, bunu brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.


“Qəribə şeylər baş verir, ancaq çox sayda araşdırmalar aparılır və biz bunu (koronavirusun mənşəyi – red.) öyrənəcəyik. İndi sadəcə onu deyə bilərəm ki, harada ortaya çıxmasına baxmayaraq, o, Çindən gəlib, hansı formada gəldiyi vacib deyil”, - D.Tramp deyib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top