Çində koronavirus yayılmaqda davam edir

DÜNYA 18 apr 2020, 08:43

Son 24 saat ərzində Çinin materik hissəsində COVID-19-dan dünyasını dəyişən olmayıb. Lakin, yeni növ koronavirusa yoluxanların sayı 27 nəfər artaraq 1 058-ə satıb.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə Çinin Səhiyyə İşləri Dövlət Komitəsi məlumat yayıb.

 
Qeyd olunub ki, ötən gün ərzində xəstəxanalarda müalicə alan 50 nəfər sağalıb. Buna baxmayaraq, idxal olunan koronavirusa yoluxma halı 1 566-ya çatıb, onlardan 709-u sağalıb.

 
Bütövlükdə ölkədə koronavirusa yoluxanların 93,1% -i sağalıb, pnevmoniyadan rəsmi ölüm nisbəti 5,6% -dir (4,6 min nəfər).

 
Hökumət gücləndirilmiş təhlükəsizlik tədbirlərini həyata keçirir. İctimai yerlərdə davranışı tənzimləyən xüsusi qaydalar mövcuddur.

 
Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik aşkar edilməyən 1 017 nəfəri qeydə alıb, onlardan 709 nəfəri sağalıb.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top