Rusiya XİN: Qarabağ danışıqları pandemiyaya baxmayaraq, davam etdirilir

DÜNYA 17 apr 2020, 20:12

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr COVID-19 pandemiyasına baxmayaraq, davam etdirilir.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.


Kreml rəsmisi həmçinin münaqişənin həlli ilə bağlı aprel ayında Rusiya xarici işlər nazir Sergey Lavrovun Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon söhbətləri zamanı da müzakirələr aparıldığını xatırladıb: “ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT rəhbərinin şəxsi nümayəndəsi Anjey Kaspşik də mütəmadi olaraq tərəflərlə təmasdadırlar. Hazırkı təmaslar silsiləsinin diqqət mərkəzində koronavirusun yayılması və danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi məsələlər durur. Təmas xəttində və sərhədlər boyu vəziyyət də müzakirə olunur”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top