“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam” — Cavanşir Məmmədov — VİDEO

ŞOU-BİZNES 17 apr 2020, 13:03

Cavanşir Məmmədov “Səni Axtarıram”ın virtual qonağı olub.


Demokrat.az xəbər verir ki, verilişə evindən görüntülü bağlanan sənətçi xanımı Xalidə barədə danışıb.


Aparıcı Xoşqədəm Hidayətqızının “O qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan, o qadın uşaqları tək böyüdüb”,- deməsinə Məmmədov belə cavab verib:


“Ona sual ver ki, bu kişinin ikinci arvadı olub, ya yox? Mən ikiarvadlılara pis baxmıram. Amma xanımıma, ailəmə yaxşı baxmışam”.


Əməkdar artist evini göstərmək istəməyib:


“Evi göstərmək lazım deyil. Belə şeyin tərəfdarı olmamışam. Bu günədək əlavə gəlirim olmayıb. 46 ildə tək qazancım bu ev olub. Villa sahibləri var, onları göstərin”.(konkret.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top