Xalq artisti Emin: "Daha çox uşaq sahibi olacağımı gözləyirəm" (VİDEO)

ŞOU-BİZNES 16 apr 2020, 23:41

“Qətiyyən tənbəl deyiləm. Çox məsuliyyətliyəm”.

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti və “Crocus Group” şirkətlərinin birinci vitse-prezidenti Emin Ağalarov “Jara”nın rəsmi “Instagram” hesabında Jara TV-nin aparıcısı Konstantin Tarasyukla onlayn müsahibəsi zamanı deyib.

 

Müğənni hamının evdə oturub, yeyib kökəldiyi bir vaxtda, xeyli çəki atdığını söyləyib:

 

“Karantin zamanı hamı kökəldi. Təəccüblü olan budur ki, mən beş kiloqram arıqlamışam. İştahım yoxdur” .

 

K.Tarasyukun “Emin sentimental insandır” sualına Xalq artisti səmimi etirafı ilə diqqət çəkib:

 

“Sentimental insanam. Normal insan göz yaşı axıda bilər. Film seyr edərkən belə yanağımdan göz yaşı axa bilər. “Həyat gözəldir” və “Gündəlik” adlı filmləri izləyəndə həqiqətən çox təsirlənirəm.

 

Aparıcının “Müsahibələrin birində demişdiniz ki, arzunuz və həyatda məqsədiniz on uşaq atası olmaqdır. Dünyaya gözəl bir Afina gəlib. O sizin dördüncü uşağınızdır. Düzgün başa düşürük ki, hələ altı uşağın yolunu gözləyirsiz? Yoxsa fikrinizi dəyişmisiniz?” sualına məşhurun reaksiyası belə olub:

 

“Həqiqətən gözləyirəm. Daha çox uşaq sahibi olacağımı gözləyirəm. Bir anda bütün uşaqları bir evdə toplayacağam. Biz təxmin etmirik, ancaq gözləyirik və buna ümid edirik”.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top