Kamil Zeynallı ilə Rəqsanə hansı pullarla yardım edirlər? — VİDEO

ŞOU-BİZNES 13 apr 2020, 23:26

Müğənni Rəqsanə İsmayılova və idmançı Kamil Zeynallı karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanıb.


"Ölkə.Az" xəbər verir ki, hər iki tanınmış bu yardımları yalnız öz pulları ilə deyil, dost-tanışın maddi dəstəyilə etdiklərini açıqlayıb.


Rusiyanın paytaxtı Moskvada yaşayan yüzlərlə (895) ailəyə yardım edən ifaçı yalnız 300 ailəyə həyat yoldaşı ilə özünün yardım etdiyini deyir:


"Mən 300 ailəyə yaxın yardımı həyat yoldaşım və özüm etmişəm. Piter Elçin kimi tanıdığımız şəxs 500 nəfərə yaxın insana yardım edib. Məhərrəm bəyə, Salman bəyə, səsimə səs verən bütün yəhudi dostlarıma təşəkkür edirəm.


Müğənni həmkarım Adil Karacaya öz minnətdarlığımı bildirirəm. Bu işdə bizim yanımızda oldu, çox kömək etdi". 


Kamil Zeynallı ehtiyacı olan insanlara yardım etmək üçün Rusiyada və Almaniyada yaşayan həmyerlilərimizin ona pul və yardım göndərdiklərini bildirib.  

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top