"Bağ evimdən əcəb edib, çəkilişlər edirəm" — Manaf Ağayev

ŞOU-BİZNES 13 apr 2020, 22:08

Vəkil Şəfiqə Nağıyeva ilə müğənni Manaf Ağayev arasında qalmaqal yaşanıb.


Demokrat.az xəbər verir ki, vəkil ifaçını bahalı maşınını və bağ evini reklam etməkdə günahlandırıb. O, Ağayevi kasıblara kömək etməyə çağırıb.


Qarşı tərəfin cavabı gecikməyib. Belə ki, o, verilişə zəng edərək bu sözləri deyib: “Artıq bir neçə gündür ki, kasıb ailələrə ərzaq paylayıram. Şəfiqə xanımın nəzərinə çatdrım ki, özümü tanıyan gündən xeyriyyəçilik işləri ilə məşğul olmuşam. Psixoloq İlham Mirzəyev, müğənni Fədayə Laçın həbsdə olarkən onların ailəsinə mən maddi və mənəvi dəstək olmuşam. Eyni zamanda nəslimin yarısı qaçqındır. Onlara mən kömək edirəm. Mən bunları bu vaxta qədər heç yerdə deməmişəm. Kiməsə kömək etdiyimi göstərəndə deyirlər ki, özünü reklam edir.


Qaldı ki, bahalı avtomobilimin və bağ evimin olması məsələsinə bunun kimə nə adiyyatı var?! Bunları heç kimin dədəsinin pulu ilə almamışam. Bağ evimdən əcəb edib, çəkilişlər edirəm. Öz evimdir. Kiminsə bağı deyil ki…”.(sia.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top