Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara CAVAB VERDİ

DÜNYA 13 apr 2020, 17:23

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana yardım etdiyi barədə məlumatlara münasibət bildirib.


Demokrat.az-ın məlumatına görə, diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir. 


“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, səfirlikdən qeyd olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top