Süleyman Soylu istefa ərizəsini geri götürdü

DÜNYA 13 apr 2020, 14:08

Ötən gün axşam saatlarında istefa verdiyini açıqlayan Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində qalacaq.  


Demokrat.az xəbər verir ki, bunu nazirin özü deyib. 


“Dövlət və millət uğrunda atılan addımlarda çatışmazlığımızın bu iki iradə tərəfindən insanlıq durumu olaraq qəbul edilərək, səhvlərimizi düzəltmə haqqının verilməsi məsuliyyətimizi artırıb. Millətə xidmətə davam edirik”, deyə o vurğulayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top