Rəsulzadənin silahdaşı vəfat etdi

DÜNYA 13 apr 2020, 12:37

Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib.

 
Demokrat.az-ın xəbərinə görə, Yəhya Taşdələn 1929-cu ildə Türkiyənin Kars vilayətində anadan olub. Ali təhsilini Ankara universitetində alan Y. Taşdələn Kənd Təsərrüfatı Nazirliyində İcra Aparatının rəhbəri vəzifəsinədək yüksəlib.

 
1952-55-ci illərdə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni Ankarada olduğu müddətdə onunla birgə fəaliyyət göstəriblər.


Rəsulzadəni həyatda görən sonuncu adam idi.


Ona Gəncə Aqrar Universitetinin fəxri professoru adı və Azərbaycan vətəndaşlığı verilib.


Allah rəhmət eləsin! (pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top