Serbiyalı narkobaron koronavirusun qurbanı oldu

DÜNYA 13 apr 2020, 08:43

Serbiyada koronavirus səbəbindən 67 yaşlı iş adamı Draqoslav Kosmayats vəfat edib.


Demokrat.az xəbər verir ki, D.Kosmayats Serbiyanın ən iri qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan mafiya qruplaşmasının rəhbəri idi.


O, martın sonundan etibarən xəstəxanada müalicə alırmış. Yoluxduğu andan vəfat edənədək onun vəziyyəti ağır olub.


Qeyd etmək lazımdır ki, rəsmi olaraq Draqoslav Serbiya və Qərbi Avropa ölkələrində kafe və restoranlar şəbəkəsini idarə edirmiş. Qeyri-rəsmi olaraq isə o, Serbiyanın ən iri narkobaronu idi.


Bunu vaxtı ilə ölkə Prezidenti Aleksandr Vuçiç açıq şəkildə qeyd etmişdi.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top