Türkiyədə son sutkada koronavirusdan 97 nəfər həyatını itirdi

DÜNYA 12 apr 2020, 21:39

Türkiyədə son 24 saat ərzində daha 97 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib, 481 nəfər sağalıb.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1198 nəfərə çatıb.

 

Ölkədə 4 789 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 56 956 nəfərə yüksəlib.

 

Onun sözlərinə görə, intubasiya edilmiş xəstələrin sayında azalma müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top