"Bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayır?" — Kəramət Böyükçöl

SOSİAL 12 apr 2020, 19:56

Afaq Bəşirqızı deyir ki, vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa novostroykanın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Novostroykanın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır. Kişi odur ki, özünə arxalansın. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, vətən üçün əsgər doğuram. O şikəst əsgəri neynirəm?


Görəsən, bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayır? Kimi tərifləyirsən, zayı çıxır. Xalqı, kəndçini tənqid eləmək olar, amma sən əvvəlcə özündə hünər tap nala-mıxa vurmadan camaatı bu günə qoyanlara sözünü de, sonra kasıb-kusubu qınayarsan.

 

Kəramət Böyükçöl

Yazar

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top