Azərbaycanın bu addımı İtaliyada böyük maraqla qarşılandı

SİYASƏT 12 apr 2020, 19:06

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVİD-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiyası İtaliya mətbuatında böyük maraqla qarşılanıb.


Heydər Əliyev Fondundan Demokrat.az-a verilən məlumata görə, İtaliyanın nüfuzlu İl Giornale, Askanews, İl Sole 24 Ore, İl Tempo, Libero Quotidiano, Agenzia Nova, Si Viaggia, Today.it, Notizie Tiscali, Quotidiano, Yahoo Finanza, Yahoo Notizie, Notizie Geopolitiche, Virgilio, TPI, Corriere dell’Umbria, Corriere di Siena, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere di Rieti və sair kimi 20-dən çox KİV-ləri video çarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar. İtaliyanın Telecaprinews və Caprievent televizya kanallarında efirə çıxan “Occhio sulla città” proqramı da bu mövzu ilə bağlı xüsusi reporat hazırlayıb. 12 aprel tarixində hər iki kanalda ilk dəfə nümayiş etdirilən bu reportaj 14 və 15 aprel tarixlərində təkrarən göstəriləcəkdir.


Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma” əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin video çarxından sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 aprel tarixində paytaxt Bakıda eyni adlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVİD-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.


Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu və İtaliyada hər şeydən öncə dərin dostluqla xarakterizə olunan çoxsaylı və mühüm təşəbbüslər həyata keçirdiyi vurğulanıb.


İtaliya bayrağının işıqlandırılması üçün məhz Azərbaycan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin seçilməsinin isə mühüm vizual əhəmiyyət daşıdığı və geniş ağ və dalğavari səthləri olan Heydər Əliyev Mərkəzinin İtaliya bayrağını füsunkarlıqla nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bu təşəbbüsün Azərbaycan və İtaliyanın bir-birinə strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, səmimi və sıx dostluqla bağlandığını təsdiq etdiyi qeyd olunub.


Məlumatlarda, eləcə də Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi memar məşhur Zaha Hadid olduğu, həmin memarın Romada yerləşən XXI Əsr İncəsənəti Milli Muzeyinin (MAXXI) də müəllifi olduğu xatırlanıb.


Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası ilə bağlı hazırlanmış videoçarx sosial media üzərindən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış simalar, sadə vətəndaşlar tərəfindən paylaşılararaq Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə yüksək qiymətləndirilib.


Video çarxla bağlı İtaliya kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar və reportajlarla aşağdakı keçidlərlə tanış olmaq mümkündür:

 

https://www.ilgiornale.it/news/mondo/azerbaigian-lheydar-aliyev-center-baku-illuminato-tricolore-1852158.html

http://www.askanews.it/video/2020/04/09/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-20200409_video_13375714/

https://stream24.ilsole24ore.com/video/mondo/l-azerbaigian-a-italia-tricolore-heydar-aliyev-center/ADwiCIJ

https://notizie.tiscali.it/feeds/l-azerbaigian-vicino-italia-tricolore-heydar-aliyev-center/

https://video.virgilio.it/guarda-video/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center_bc6148327207001

https://tv.iltempo.it/tv-news/2020/04/09/video/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-1311909/

https://www.liberoquotidiano.it/video/tv-news/21920747/l_azerbaigian_vicino_a_italia_tricolore_su_heydar_aliyev_center.html

https://www.youtube.com/watch?v=Fjw3lYxEO6Q

https://corrieredisiena.corr.it/video/tv-news/1564293/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrieredellumbria.corr.it/video/tv-news/1564292/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrierediviterbo.corr.it/video/tv-news/1564296/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrierediarezzo.corr.it/video/tv-news/1564294/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrieredirieti.corr.it/video/tv-news/1564295/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://www.affaritaliani.it/coffee/video/politica/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://video.tpi.it/video/mHZ35xEF/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center/

http://siviaggia.it/notizie/fotonotizia/monumenti-mondo-colorano-bandiera-italiana/277892/

https://it.finance.yahoo.com/notizie/il-tricolore-accende-lo-spettacolare-heydar-aliyev-center-083533308.html

http://www.askanews.it/esteri/2020/04/09/il-tricolore-italiano-accende-lo-spettacolare-heydar-aliyev-center-a-baku-pn_20200409_00038/

https://www.notiziegeopolitiche.net/azerbaigian-heydar-aliyev-center-sempre-piu-vicini-allitalia/

https://www.agenzianova.com/a/5e8ed12b6cbd44.24017502/2888244/2020-04-09/azerbaigian-italia-l-heydar-aliyev-center-di-baku-illuminato-col-tricolore

https://it.notizie.yahoo.com/il-tricolore-accende-lo-spettacolare-heydar-aliyev-center-083533308.html

http://www.today.it/video/l_azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-7yorm.askanews.html

https://www.quotidiano.net/esteri/video/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-1.5101105

https://youtu.be/mLJIbkMdnWU

https://www.giornalediplomatico.it/Covid-19-Azerbaigian-sempre-piu-vicino-a-Italia-si-tinge-di-tricolore-l-Heydar-Aliyev-Center.htm

https://www.youtube.com/watch?v=noK-G_OQU1Q&feature=youtu.be

https://www.youtube.com/watch?v=EANJieomz2E&feature=youtu.be

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top