Polad Bülbülöğlu Rusiyadakı azərbaycanlılara müraciət etdi — VİDEO

SİYASƏT 12 apr 2020, 18:00

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbülöğlu Rusiyada yaşayan azərbaycanlı vətəndaşlara müraciət edib.

 

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

 

Səfir bildirib ki, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

 

“Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.

 

Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq.

 

20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir.

 

Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin.

 

Xahiş edirik ki, Səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top