Almaniyada sağalanlar xəstələri ötdü — İLK DƏFƏ

DÜNYA 12 apr 2020, 15:14

Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı müalicə alanların sayını ötüb.


TASS xəbər verir ki, faktı Berlin Virusologiya İnstitutu təsdiqləyib.


Məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 120 479 nəfərdir. Onlardan 60 200-ü artıq sağalıb. Beləliklə, hazırda müalicə alanların sayı 57 606 nəfərdir.


Qeyd edək ki, Almaniya koronavirusa yoluxanların sayına görə beşinci yerdə olsa da, bu ölkədə virusdan ölənlərin sayı İtaliya, Fransa və İspaniya ilə müqayisədə dəfələrlə azdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top