İyul ayına qədər virusu nəzarət altına almaq mümkün deyil

DÜNYA 12 apr 2020, 14:42

Ötən ilin dekabr ayında ortaya çıxan yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.


Demokrat.az xəbər verir ki, Çinin Honq-Konq Universitetində ilk dəfə 6 koronavirus xəstəsi üzərində araşdırma aparılıb.


Nəticələrə görə, koronavirus 2002-ci ildə yayılan “SARS” xəstəliyindən daha təhlükəlidir. Belə ki, Covid-19 virusunun 48 saat ərzində 100 dəfə çoxala bildiyi məlum olub. “SARS” virusunda isə bu rəqəm 10-20 arasında idi.


Araşdırmanı aparan həkimlərdən biri “İyul ayına qədər koronavirusu nəzarət altına almaq demək olar ki, mümkün deyil” sözlərini deyib. (unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top