"Afaq Bəşirqızı qeyri-adi söz deməyib"

SOSİAL 12 apr 2020, 10:50

"Qadının dedikləri rayon-Bakı məsələsi deyil".

 

Demokrat.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xalq artisti Afaq Bəşirqızın böyük qalmaqala səbəb olan "rayonlardan gəlib Bakıda "podyez"də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər" fikrinə münasibətində deyib. 


Sədrin fikrincə, bu gün həyat yoldaşları tərəfindən şiddətə məruz qalan ailələr, qadınlar var: 


"Əslində Afaq Bəşirqızının çıxışından sonra hamı onu qınadı. Amma diqqətlə qulaq assaydılar görərdilər ki, qadının dedikləri Bakı, rayon məsələsi deyil. Qadının dediyi o idi ki, rayonda təsərrüfatı olan insanlar da torpağını bəyənməyib Bakıda "pakrışka" qaraltmağa üstünlük verib. Afaq Bəşirqızı qeyri-adi söz deməyib. Bu gün regionlarımızda öz təsərrüfatlarını idarə edib, ailəsini dolandıran insanlarımız var. Axı bunlar minlərlədir. Elə rəhbərlik etdiyim sığınacaqdan gəlib keçən, ailələri, həyat yoldaşları tərəfindən şiddət görən qadınlarımızı deyim. Onlar rayonlarda olsaydılar, bəlkə də belə həyat yaşamazdılar və bunlar onların başına gəlməzdi".


Kəmalə Ağazadə qeyd edib ki, heç kəs bunu üzərinə region söhbəti olaraq götürməməlidir: 


"Söhbət cahil insanların bu duruma düşməsindən, vaxtında təhsil almamasından, yaşadıqları yerdə xoşagəlməz hərəkətlər etməsindən gedir. Deyirlər ki, "Bakı böyük şəhərdi, hərəkətlərimi heç kəs görməyəcək, məni tanımayacaqlar". Bu gün məhz bunlara görə bizim ciddi problemlərimiz çıxıb".


Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata açıqlamasında "rayonlardan gəlib Bakıda "podyez"də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər" deyə bildirib. Onun bu fikiri cəmiyyətdə qalmaqala və narazılığa səbəb olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top