DİQQƏT! Bu sürücülərə cərimə yazılacaq

SOSİAL 12 apr 2020, 10:02

Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.

 

Bu barədə İcbari Sığorta Bürosundan verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə  gəlməsinə ehtiyac yoxdur:

 

"Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş  icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə, həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq.   Müvafiq qaydada cərimə tədbiq olunacaq".

 

Rəsmi məlumatda həmçinin bildirilib ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün  İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top