Azərbaycan XİN Yəməndə atəşkəsin elan edilməsini alqışladı

SİYASƏT 11 apr 2020, 22:33

Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşin dayandırılmasını alqışlayır.


Demokrat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter”dəki səhifəsində deyilir.


"Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top