"Taksilərdə fərqlənmə nişanından istifadəyə görə nəzarət gücləndirilməlidir" — EKSPERT

SOSİAL 11 apr 2020, 22:19

Bakıda ictimai nəqliyyat vasitələri arasında taksi minik avtomobillərinə kifayət qədər tələbat olur. Xüsusən harasa tələsən paytaxt əhalisi taksilərin fəaliyyətindən istifadə etməyə üstünlük verir.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, taksi sürücüləri əhaliyə xidmət göstərərkən onlardan tələb olunan qaydalara maksimum riayət etməlidir:


"Taksi fəaliyətinin tənzimlənməsi ilə bağlı Azərbaycanda normatv hüquqi aktlar mövcuddur. Taksi sürücüləri ilə bağlı atılmalı olan müəyyən addımlar tədricən həyata keçirilirdi. Lakin koronavirusla əlaqədar müəyyən işlər təxirə salınıb. Pandemiya yayılan dövrdə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı boşluqların nədən ibarət olduğunu gördük. Məlum oldu ki, Bakı şəhərindəki taksilərin təxminən 70%-i qanunsuz fəaliyyət göstərirmiş. Bəzilərinin fərqlənmə nişanı yox imiş, bəziləri isə əvvəllər fərqlənmə nişanı alıb, sonradan almayıb. Digər problemlər də üzə çıxdı ki, onların da pandemiyadan sonra həll ediləcəyini düşünürəm. Taksi sürücüləri arasında maarifləndirici işləri gücləndirmək lazımdır ki, onlara hər hansı bir üstünlüyün yalnız fərqlənmə nişanı əsasında verildiyini, hərəkətlərinin yalnız fəqlənmə nişanı olduğu halda məhdudlaşdırılmadığını bilsinlər. Sürücülər hiss etməlidirlər ki, aldıqları fərqlənmə nişanı adi bir kağız parçası deyil, onların işini tənzimləmək üçündür və ödədikləri vergilər onların gələcək fəaliyyətini sual altına qoymur. Bu baxımdan taksi sürücüləri də öz fəaliyyətlərinə ciddi nəzər etməli, peşələrinə mükəmməl yiyələnməlidirlər. Əvvəllər bu sektorda boşluqlar var idi. Taksi sürücülərini incidirdilər. Amma Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti  dövründə onlara qarşı kobud münasibət yoxdur. Fərlənmə nişanı üçün də tələb olunan rüsum aşağı qiymətə, yəni 18 manatadır. BNA-nın və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aidiyyatı şöbələrinə müraciət edib bu fərqlənmə nişanını əldə etmək lazımdır. Soial müdafiə və vergi ödənişləri də vaxtlı-vaxtında ödənilməldir”.


Ekspert qeyd edib ki, taksilərin xarici görünüşü də müəyyən tələblər cavab verməlidir: 


"Nazirlər Kabinetinin  2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən taksi minik avtmobilləri lazımi tələblər çərçivəsində olmaldır. Yəni avtomobilin texniki göstəriciləri, daxili və xarici görünüşü standartlara  uyğun gəlməlidir. Amma bəzən texniki cəhətdən nasaz avtomobillərlə taksi fəaliyyəti göstərənləri də görürük. Bu problemləri zamanla həll etmək lazımdır. Fəqlənmə nişanı almadan fəaliyyətə görə də müəyyən nəzarət mexanizmləri həyata keçirilməli, gələcəkdə bu istiqamətdə hansısa bir ciddi nəzarət mexanizmi olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top