Macarıstanın Baş Naziri göstərilən köməyə görə İlham Əliyevə təşəkkür etdi

SİYASƏT 11 apr 2020, 08:43

“Cənab Prezident Əliyevə - mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq”.


Demokrat.az-ın məlumatına görə, bu sözləri Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü zamanı deyib.


Baş Nazir Viktor Orban qeyd edib ki, vaksinin olmaması pandemiyanın ciddi fəsadlar törətməsinə səbəb olacaq. Macarıstan hökumətinin başçısı pandemiyanın qarşısının alınmasında tibbi heyətin, avadanlıqların və qoruyucu vasitələrin əhəmiyyətindən danışıb, pandemiyanın Avropada yaratdığı ağır iqtisadi vəziyyət barədə məlumat verib:


“Avropanın iqtisadi vəziyyəti birmənalı deyil. Bir çox Avropa ölkələrinin müəssisələri ağır vəziyyətdədir və bu vəziyyətdə qalacaq. İşsizlik geniş miqyas alıb, problemlər bundan sonra da davam edəcək. Sənayenin müəyyən sahələri çöküb. Avropanın iqtisadi vəziyyəti indi elədir ki, Avropa dövlətləri külli miqdarda kredit götürməyə məcburdur. Böhrandan sonra ölkələrin borcları daha çox olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top