Türkiyədə koronavirus qurbanlarının sayı 1000-i ötdü

DÜNYA 10 apr 2020, 23:50

Türkiyədə yeni növ koronavirusdan daha 98 nəfər dünyasını dəyişib.


Demokrat.az  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.


Nazir qeyd edib ki, son 24 saatda daha 30 864 şübhəli koronavirus testindən keçib: "Testdən keçənlərdən 4747 nəfərinin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 1006 nəfər ölüb. Ölkədə 47 029 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1667 nəfəri reanimasiyadadır, 2423 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 281 xəstə evə buraxılıb. Türkiyədə indiyə qədər 307 210 nəfər testdən keçib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top