Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı

DÜNYA 10 apr 2020, 18:16

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasının yayılmasının nəzarətdən çıxdığını açıqlayıb.


Demokrat.az xəbər verir ki, o, bu barədə aprelin 10-da Ermənistan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında çıxışı zamanı məlumat verib.


“Biz koronavirusun yayılmasını dayandırdığımızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik. Məsələn, əvvəllər biz bir mənbədən 50 fakt qeydə alırdıqsa, indi 10, yaxud 20 mənbədən 16, 20, 30 hadisə aşkarlayırıq. Ona görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”, - nazir bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top