Uhan sakinləri karantinin sona çatmasını belə bayram etdilər — VİDEO

MARAQLI 09 apr 2020, 23:58

Koronavirusun dünyaya yayıldığı Çinin Uhan şəhərində yerli sakinlər 76 günlük karantin bitdikdən sonra bayram ediblər.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı “Sky News” yazıb.


Şəhərin sahilləri boyunca insanlar bayraqları dalğalandıraraq “Uhan, davam et!” deyiblər və Çinin dövlət himnini səsləndiriblər.

 

Koronavirusa yoluxma ən çox Çinin bu şəhərində qeydə alınıb: 82 min.  3300 nəfər isə dünyasını dəyişib. Artıq bir neçə həftə ərzində yoluxma halları tədricən azalıb.


Hətta Uhan sakinlərinə şəhərdən çıxmağa icazə verilib.


Dekabr ayında koronavirusun aşkarlandığı 11 milyon əhalisi olan Uhan şəhəri pandemiyanın yayılmaması üçün yanvarın 23-də xarici dünyadan təcrid edilib.(Konkret.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top