Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər hesablandı

DÜNYA 09 apr 2020, 16:55

COVID-19-un yayılması səbəbiylə dünya iqtisadiyyatına vurulan ümumi zərər iki ildə beş trilyon dollardan çox olacaq.


Demokrat.az-ın məlumatına görə, bu barədə “Bloomberg” “Wall Street” banklarının hesablamalarına istinadən xəbər yayır.


Məlumatda dünyanın 1930-cu illərdən bəri sülh dövründə ən dərin tənəzzülə uğradığı bildirilir.


Bu, virusun yayılmasına görə ölkələrin əksər müəssisələri bağlamağa məcbur olması ilə əlaqədardır.


Ekspertlər tənəzzülün qısamüddətli olacağını proqnozlaşdırırlar, lakin iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün ən azı iki il vaxt lazım olduğunu da qeyd edirlər.


Xatırladaq ki, koronavirus martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top