Zibil paketi geyinən tibb bacıları koronavirusa yoluxdular

DÜNYA 09 apr 2020, 14:07

Böyük Britaniyada qoruyucu tibbi geyim çatışmazlığına görə zibil paketi geyinən tibb bacıları koronavirusa yoluxublar.


Demokrat.az xəbər verir ki, xəstəxana müdiriyyəti üç tibb bacısında aşkarlanan bu vəziyyətlə bağlı açıqlama verib:


“İşçilərimizdə COVID-19 testinin müsbət çıxdığını təsdiqləyirik. Bu şanssızlıq, eyni zamanda, gözlənilən bir hadisədir. Dünyada başqa səhiyyə işçilərində də belə hallara rast gəlinir.


Xəstəliyə tutulan işçilərimizlə yaxından maraqlanır, tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top