Məşhurlaşmaq üçün ev yandırdılar

MARAQLI 07 apr 2020, 17:20

Rusiyanın Krasnoyarsk diyarında iki gənc evi yandıraraq, videoya çəkiblər.


Demokrat.az xəbər verir ki, biri 18 yaşını tamamlamayan, digəri isə 20 yaşında olan gənclər başqasına məxsus bağ evini yandırıblar.


Onlar evdəki əşyaları dağıdaraq, qəsdən səliqəsizlik yaradıblar. Daha sonra bunları “Instagram”a yerləşdiriblər.


Hadisəni törədənlərdən biri bundan əvvəl də bu cür əyləndiyini deyib.


Polis şəxsiyyətlərini müəyyən edərək həmin oğlanları tutub. Onlar törətdikləri əməli etiraf ediblər. Hazırda hüquq-mühafizə orqanları onların oxşar hadisələrdə əllərinin olub-olmadığını araşdırır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top