Qeyri-adi aksiya: Tibb bacıları koronavirusa qarşı çılpaq poza verdilər (FOTOLAR)

MARAQLI 07 apr 2020, 12:48

Fransada "#apoilcontrelecovid" (Covid qarşısında çılpaq) etiketli kartlar tutan tibb işçiləri çılpaq pozalar verərək bir video hazırlayıblar.


Demokrat.az xəbər verir ki, bu aksiya dövlətin koronavirusa qarşı mübarizə siyasətinə qarşı keçirilib. Çılpaq poza verən tibb bacılarından biri olan Melina Dafrayn belə deyib:


"Xəstələri təmkinlə müalicə etmək və həm özümüzü, həm də onları riskə atmamaq üçün bir heyətə ehtiyacımız var amma bu heyətə sahib deyilik. Dövlət tibb işçilərini sadəcə bəsit maskalarla təmin edir. Ölkə səhiyyəsi 15-20 ildir yaxşı vəziyyətdə deyil".


Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır. Ölənlərin sayı isə 9 mindir.(Mənbə: Russian Today)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top