5 mindən çox məhbus azad edildi

DÜNYA 05 apr 2020, 16:29

Mərakeşdə koronavirusla mübarizə tədbirləri çərçivəsində 5654 məhbus azadlığa buraxılıb.


Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərakeş kralı VI Məhəmməd əfv fərmanı imzalayıb.


Fərmana əsasən, daha çox yaşlılar, səhhətində problem olanlar, həddən artıq cəza çəkənlər və həbsxanada özlərini nümunəvi aparanlar azadlığa buraxılıb.


Qeyd edək ki, Mərakeşdə 919 koronavirusa yoluxma halı qeydə alınıb. 59 nəfər bu virusun qurbanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top